AZ

Azərbaycan və BMT arasında Anlaşma Memorandumu təsdiqlənib - FƏRMAN

Bakı. Trend:

2024-cü il oktyabrın 11-də Bakı şəhərində imzalanmış “AzərbaycanRespublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun vəParis Sazişinin Katibliyi arasında təhlükəsizlik üzrə əməkdaşlıqhaqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Trend xəbər verir ki,Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumuqüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cısessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onunmüddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi AnlaşmaMemorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxiliprosedurların yerinə yetirildiyi barədə Birləşmiş MillətlərTəşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, KiotoProtokolunun və Paris Sazişinin Katibliyinə bildirişgöndərməlidir.

Seçilən
14
az.trend.az

1Mənbələr