AZ

ABŞ müdafiə nazirindən İsrailə Qəzza xəbərdarlığı

ABŞ müdafiə naziri Ostin Qəzzaya humanitar yardımlarla bağlı açıqlamalar verib. Ostin bildirib ki, bu, İsraildəki vəzifəsindən qovulan keçmiş həmkarı Gallant ilə danışdığı son məsələdir.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamaya görə, müdafiə naziri Lloyd Ostin Floridada mətbuata açıqlama verib. Mətbuat mənsubları Ostin və dövlət katibi Antoni Blinkenin Qəzzada şəraitin yaxşılaşdırılması üçün İsrail nazirlərinə göndərdikləri 13 oktyabr tarixli məktuba istinad edərək, İsrailin Qəzzaya humanitar yardımda irəliləyişə nail olub-olmaması ilə bağlı suallar verib.

Ostin Qəzza xalqına humanitar yardım göstərilməsi ilə bağlı narahatlığının məktubda öz əksini tapdığını və bu mövzuda yazışmalarının ictimaiyyətə açıqlanmasının planlaşdırılmadığını qeyd edib. İşdən çıxarılan İsrail müdafiə naziri Yoav Gallant ilə bu mövzuda "son dəfə" görüşdüyünü və "bu mövzuda atdığı addımlara görə Gallanta təşəkkür etdiyini" ifadə edən Ostin, "Bir qədər irəliləyiş əldə etdik, lakin daha çox işlər görülməlidir”.

Ostin və Blinkenin Gallant və Strateji İşlər Naziri Ron Dermerə göndərdikləri 13 oktyabr tarixli məktubda Qəzzada fövqəladə humanitar vəziyyətin getdikcə pisləşdiyi və oradakı humanitar yardımların qarşısının alınmaması lazım olduğu qeyd edilib.

ABŞ nazirləri vurğuladılar ki, humanitar yardımın 30 gün ərzində Qəzzaya daxil olmasına icazə verilməli və beləliklə, regionda humanitar vəziyyət yaxşılaşmalıdır, əks halda bu vəziyyətin ABŞ prezidenti Co Bayden tərəfindən açıqlanan memoranduma uyğun olaraq ABŞ-ın müvafiq qanunlarını pozduğu müəyyən edilməlidir.

ABŞ-ın Xarici Yardım Aktına əsasən, ABŞ administrasiyası humanitar böhranın yaşandığı bölgələrə humanitar yardımın, xüsusilə ərzaq və dərmanların daxil olmasına mane olan ölkələrə silah yardımını dayandıra bilər.

Eltac Züfüqaroğlu/Turkustan.az

Seçilən
28
50
turkustan.az

10Mənbələr