8 Noyabr - Zəfər Günü münasibətilə Yasamal rayon ictimaiyyəti ulu öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçularımızın xatirəsini yad edib.
“Qafqazinfo” xəbər verir ki, ulu öndərin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə gül dəstələri düzülüb.
İctimaiyyət nümayəndələri həmçinin Yasamal rayon şəhidlərinin xatirə kompleksini də ziyarət edərək onların əziz xatirəsi ehtiramla yad edib, kompleks önünə gül dəstələri düzüblər.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Bələdiyyəsinini sədri Tahir Məmmədov, həmçinin qəhrəman şəhidlərimizin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.