AZ

Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın Türkmənistandakısəfirliyində tədbir keçirilib.

Bu barədə Trend-əAzərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın Türkmənistandakısəfiri Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən,Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canlarındankeçən şəhidlərimizin əziz xatirəsini yad edib. Səfir ölkəmizinMüzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyialtında, qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlükVətən müharibəsi ilə beynəlxalq birlik tərəfindən tanınmışsərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpaetdiyini, hazırda Azərbaycanın bütün suveren ərazisində dövlətbayrağımızın dalğalandığını vurğulayıb.

Diplomat işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuqişləri, ərazilərə həyata keçirilən böyük qayıdış, habelə bugündətəhdid olaraq davam edən mina təhlükəsinə toxunub. HazırdaAzərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətindətəşəbbüslər göstərdiyini, Azərbaycanın Ermənistana hər iki ölkəninərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi təklifetdiyini, hazırda sazişin əsas maddələrinin razılaşdırıldığınıdiqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında sülhdanışıqlarının, həmçinin sərhədlərin delimitasıya prosesinin davametdirildiyini bildirib. Regionda münaqişənin başa çatması ilə ilknövbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıqimkanlarının yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçündeyil, həm də bütün regionun maraqlarına xidmət edəcəyinideyib.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərətoxunan səfir, iki ölkənin enerji sahəsində mühüm layihələr həyatakeçirdiyini, hər iki ölkədə iqlim dəyişikliyi və alternativ enerjiilə bağlı önəmli işlər görüldüyünü, 2024-cü ilin Azərbaycanda“Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edib. Builin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) vəbu çərçivədə 12-13 noyabr 2024-cü ildə baş tutacaq LiderlərSammitinin Azərbaycanda keçirilməsinin ölkəmizin dünya birliyitərəfindən etibarlı tərəfdaş dövlət kimi tanınmasının əyani sübutuolduğunu vurğulayıb.

Daha sonra Türkiyə, Qazaxıstan, Qırğızıstanın Türkmənistandakısəfirləri, eləcə də Özbəkistanın müvəqqəti işlər vəkili çıxışedərək, Zəfər Günü ilə bağlı təbriklərini çatdırıblar.

Türkmənistanda
Türkmənistanda
Türkmənistanda
Türkmənistanda
Türkmənistanda
Türkmənistanda
Məqalədə:
Seçilən
24
9
az.trend.az

10Mənbələr