AZ

“Freelance” işin mənfi tərəfləri

Günümüzün önəmli iş üsullarından biri də “Freelance” işləməkdir. Bu üsulu sevənlərin sayı çoxdur. Ancaq “Freelance” işi sevməyənlər də ola bilər. Bəs bu iş metodunun mənfi tərəfləri nələrdir?

Gəliriniz sabit olmur

“Freelance” işləyərkən müntəzəm və sabit bir gəlir əldə etmək çətin ola bilər. İstədiyiniz layihələri tapmaq və iş təklifləri əldə etmək də dəyişkənlik göstərə bilər, bu da maliyyə sabitliyini təhdid edə bilər. Müəyyən dövrlərdə çox sayda layihə olsa da, digər dövrlərdə gəlir sıfıra enə bilər. Hər ay gəlirinizin nə qədər olacağını bilmək çətindir.

Sosial sığorta və sağlıq xidmətləri

“Freelance” işçiləri, ənənəvi işçilərdən fərqli olaraq, şirkət tərəfindən təmin edilən sosial sığorta, sağlamlıq sığortası və digər faydalardan məhrum olurlar. Özünüz bu məsələləri həll etməli və sığorta paketlərini əldə etməli olacaqsınız.

“Freelance” işçiləri, pensiya və digər şirkət müavinətlərindən məhrum olurlar, buna görə də gələcəkdə öz təminatınızı hazırlamaq üçün əlavə tədbirlər görməlisiniz.

Sosiallıq problemi

“Freelance” işləyərkən təkbaşına işləyirsiniz və bu, bəzən sosial əlaqələrin zəifləməsinə və yalnızlıq hissinə səbəb ola bilər. Ənənəvi iş yerlərində kollektivlə və komanda ilə işləmək, çox zaman daha sosial bir mühit yaradır. Evdə işləyərkən işin sərhədləri ilə şəxsi həyatın sərhədləri qarışa bilər, bu da iş və istirahət vaxtı arasında balansın pozulmasına səbəb ola bilər.

Daha çox iş yükü və təzyiq 

“Freelance” işçiləri yalnız işlərini görmürlər, eyni zamanda müştəri tapmaq, müqavilə bağlamaq, vergiləri idarə etmək və başqa bürokratik işlərlə də məşğul olurlar. Bu, əlavə vaxt və enerji tələb edir. “Freelance” işçiləri, işin keyfiyyətini, vaxtında bitirilməsini və müştəri məmnuniyyətini öz üzərlərinə götürürlər. Bəzən bu, böyük təzyiq yarada və işin bitirilməsi üçün çox çalışmaq lazım ola bilər.

Leyli

Seçilən
14
valyuta.az

1Mənbələr