AZ

Xankəndidə Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib.

XALQ.AZ məlumat verir ki,  Xankəndi şəhərinin girişindən başlanan yürüş Zəfər meydanınadək davam edib. Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşayiəti ilə keçirilən yürüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, ərazidəki dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Qarabağ Universitetinin, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin müəllimləri, tələbələr və şagirdlər, şəhərdə yaşayan insanlar iştirak ediblər.

Meydana toplaşanlar hərbçilərin, eləcə də məktəblilərin və körpələr evi-uşaq bağçasının balaca fidanlarının keçidini sevinc, sevgi və qürur hissi ilə izləyiblər.

Seçilən
16
xalq.az

1Mənbələr