AZ

Üçrəngli bayrağımız: “Babalarımızdan əmanətdir”

Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunacağı haqqında Sərəncam imzalayıb.

Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. 

Məhz buna görə də ziyalılarımız, millət vəkilləri Dövlət Bayrağı Gününün tarixmizdəki rolunu yüksək qiymətləndirirlər.   

Millət vəkili Fazil Mustafa "Cebheinfo.az"-a bildirib ki, bayraq bir ölkənin dəyəridir, simvoludur: 

"Həm də bayraq onun mahiyyətidir. Bayraqda sadəcə bir parça, yaxud hər hansı işarələr olmur. Bunlar hamısı bir xalqın tarixini və gələcəyini müəyyənləşdirən simvollar olur.

Bizim də üçrəngli bayrağımızın çox dərin bir mahiyyəti var. Biz bayrağın dəyərlərinə həmişə sahib çıxmalıyıq. Çünki bayraq babalarımızdan əmanətdir. Ölkə Prezidenti də bunu bir müqəddəs gün olaraq Azərbaycanda elan edib ki, cəmiyyətdə bayrağa həssaslıq artsın.

İndi idmançılarımız bir olimpiadada bayrağımızı qaldıranda, yaxud dünya çempionatlarında və ya hansısa ölkədə keçirilən tədbirlərdə dövlət səviyyəsində Azərbaycan bayrağı dalğalananda neçə qürur hissi keçiririksə, bunu keçirməyən millətlərin bugünkü durumuna baxın. Ona görə də biz xoşbəxt xalqıq ki, məhz bu bayrağı bizə babalarımız əmanət verib və biz də onu Qarabağ zəfərindən sonra daha da ucalara qaldırdıq. Bayrağın rəngi "açıldı". 

Seçilən
12
cebheinfo.az

1Mənbələr