Yaponiyanın "Sony" şirkəti oyun biznesi seqmentində güclü nəticələr sayəsində ikinci maliyyə rübündə xalis mənfəətini 1,7 dəfə artırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Məlumata görə, iyul-sentyabr aylarında xalis mənfəət 2,21 milyard dollar təşkil edib.
"Sony"nin rüblük gəliri isə 2,7% artaraq 2,91 trilyon yen olub. Mütəxəssislər bu rəqəmi orta hesabla 2,989 trilyon yen səviyyəsində proqnozlaşdırıblar.
Şirkət bu il gəlirinin 2,4% azalacağını, xalis mənfəətinin isə artacağını gözləyir.
Gözəl Həşimova