AZ

“Yaşıl Zona noyabrın 11-də fəaliyyətə başlayacaq”

“Yaşıl zonanın ümumi ərazisi 37 min 500 kvadrat metrdir. Burada 56 ədəd pavilyon, həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektorlarına məxsus olan vahid stendlər olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova bildirib.

O qeyd edib ki, ərazidə 4 konfrans otağı var: “Onlardan biri 200, digəri isə 370 nəfərlikdir. Burada, həmçinin 18 ikitərəfli görüşlər üçün otaq, üç min nəfərlik yemək zonası və “Extreme Hangaut” ərazisi olacaq.

Yaşıl Zona öz fəaliyyətinə noyabrın 11-də başlayacaq və ictimaiyyətə açıq olan bir ərazidir. Bu zamanlarda artıq “İticket” platformasında Yaşıl Zonaya daxil olmaq üçün biletlərin satışı başlayacaq. Biletlər tamamilə pulsuz şəkildədir”. Sektor müdiri əlavə edib ki, Yaşıl zonada həm QHT, həm xarici, həm yerli şirkətlər və dövlət qurumlarının gündəlik tədbirləri təşkil ediləcək. Bu tədbirlər hamısı iqlim dəyişikliyi və dayanıqlılıqla bağlı mövzulara aid olacaq”.

Gülnar Əliyeva

Seçilən
29
18
qafqazinfo.az

10Mənbələr