“Neftçi” Misli Premyer Liqasının XIII turunun bu gün keçiriləcək oyununa yenilik hazırlayıb.
İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
“Ağ-qaralar” “Şamaxı” ilə görüşə yeni hazırlanmış xüsusi forma ilə çıxacaq. Bu geyim 8 noyabr Zəfər Gününə həsr olunub. Paytaxt təmsilçisi bu əlamətdar günə xüsusi forma ilə meydana çıxmağı məqsədəuyğun sayıb.
Qeyd edək ki, “Neftçi Arena”dakı matç saat 15:00-da başlayacaq.
İdman.biz