Şuşa. Trend:
Hazırda Şuşaya 222 ailə köçürülüb. Bu proses yaxın bir ayərzində davam edib, yekunlaşacaq.
Trend xəbərverir ki, bu barədə jurnalistlərə açıqlamasındaŞuşa şəhərindəAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi AydınKərimov deyib.
O qeyd edib ki, ümumilikdə Şuşada 270 ailə məskunlaşacaq.
"Məktəbdə də hazırda 170 şagird təhsil alır və rəqəmdə artacaq.Böyük Qayıdış Proqramına uyğun olaraq, yeni yaşayış komplekslərinintikintisi davam etdirilir. Növbəti illərdə şuşalılarınməskunlaşmasının şahidi olacağıq", - deyə o bildirib.
Xatırladaq ki,r espublikanın müxtəlif ərazilərində yataqxana,sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanıoktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 16 ailə - 60 nəfər köçürülüb.