"Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) tərəfindən cəzalandırılıb.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Türkiyə Superliqasının XI turunda "Trabzonspor"la (3:2) keçirilən matçdan sonra azarkeşlərə və rəqibə hörmətsizlik, həmçinin hakimləri tənqid etməsi səbəbindən 1 oyunluq diskvalifikasiya olunub.
O, həmçinin 958 min lirə (25,5 min avro) cərimələnib.