1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Yaşıl Zonanın ümumi ərazisi 37 500 kvadratmetrdir. Burada 56 ədəd pavilyon fəaliyyət göstərəcək. Həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektoruna məxsus layihə stendləri təqdim olunacaq. Layihələr iqlim dəyişikliyi ilə bağlı mövzuları əhatə edəcək".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova deyib.
L.Mahmudova bildirib ki, Yaşıl Zonada 200 nəfərlik dörd konfrans zalı fəaliyyət göstərəcək:
"İkitərəfli görüşlər üçünsə 18 otaq nəzərdə tutulub. Bundan əlavə, üç min nəfərlik yemək zonası olacaq. Burada, həmçinin, "Extreme Hangout" zonası da yaradılacaq.
Yaşıl Zona 11 noyabrdan fəaliyyətə başlayır və ictimaiyyətə açıq ərazi olacaq. Yaşıl Zonaya daxil olmaq üçün biletləri "i-Tickets" platformasından əldə etmək mümkün olacaq. Biletlər pulsuzdur".
Şəhriyar Səmədov