AZ

Kriptovalyuta şirkətinin baş direktoru fidyə qarşılığında oğurlanıb

Kriptovalyuta şirkətinin baş direktoru fidyə qarşılığında oğurlanıb

Torontoda kriptovalyuta sənayesində fəaliyyət göstərən bir şirkətin baş direktoru çərşənbə günü axşam oğurlanaraq 1 milyon dollarlıq fidyə qarşılığında sərbəst buraxılıb.Toronto Polis Departamentindən verilən məlumata görə, hadisə University Avenue ilə Richmond Street W. yaxınlığında baş verib.Hadisə yerində olan şahidlərin sözlərinə görə, şübhəlilər CEO-nu zorla maşına mindirərək pul tələb ediblər.Səlahiyyətlilərin bildirdiyinə görə, daha sonra adam Etobikokdakı Centennial Parkda sağ-salamat tapılıb."CBC Toronto"nun əldə etdiyi məlumata görə, qaçırılan şəxsin Torontoda yerləşən "WonderFi" maliyyə firmasının prezidenti və baş direktoru Din Skurka olduğu açıqlanıb. Fidyə elektron şəkildə ödənildikdən sonra Skurka sərbəst buraxılıb.Mənbə: CBC News

Seçilən
19
afn.az

1Mənbələr