AZ

Məhkəmə İmran Əliyevi ev dustaqlığına keçirməkdən imtina edib

Noyabrın 7-də Bakının Xətai Rayon Məhkəməsi Meclis.info saytının təsisçisi İmran Əliyevin ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib. 

Əliyevin özü məhkəməyə gətirilməyib, o, prosesdə onlayn iştirak edib.

Məhkəmə formal təhqiqatdan sonra vəsatəti təmin etməyib, bu barədə Əliyevin yaxınları bildiriblər.

* İmran Əliyev aprelin 18-də Bakı hava limanında saxlanılıb. O, Abzas Media-nın işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə təhqiqata cəlb edilib. Sonradan Əliyevin işi ayrıca icraata ayrılıb.

Əliyev özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Əliyevin təqibini pisləyiblər və cinayət işini onun Azərbaycan parlamentinin işini və onun deputatlarının işinin monitorinqini aparan Meclis.info saytının fəaliyyəti ilə əlaqələndiriblər.

Seçilən
10
turan.az

1Mənbələr