AZ

“Qarabağ” pley-off məsələsini İsveç və Yunanıstanda həll edə bilər

“Qarabağ” indi daha çox səfər komandası kimi tanınır.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu son iki mövsümdə başqa ölkələrdə keçirdiyi 14 oyundan yarıdan çoxunda - 8-də qalib gəlib.

Maraqlıdır ki, Bakıda bu sayda matçdan yalnız 5-də qələbə qeydə alınıb.

UEFA Avropa Liqasının liqa mərhələsində ilk üç xal da məhz səfərdə - Norveçdə əldə edildi. Bu uğurdan sonra, əlbəttə, növbəti mərhələ haqqında düşünmək olar. Pley-offa vəsiqə verən ilk 24-lüyə düşmək üçün qalan dörd qarşılaşmada daha iki qələbə (və ya bir qələbə və üç heç-heçə) lazımdır. Həmin oyunlardan biri dekabrda İsveçdə “Elfsborq”la, sonuncusu da gələn yanvarda Yunanıstanda Konfrans Liqasının son qalibi “Olimpiakos”la olacaq.

“Qarabağ” ötən il İsveçdə “Haken”ə 1:0, 2013-cü ildə də “Gefle”yə 2:0 hesabı ilə qalib gəlib. Yunanıstandakı oyunlarda da iki əvvəl məhz “Olimpiakos”u 3:0, 2016-cı ildə isə PAOK-u 1:0 hesabları ilə məğlub edə bilib.

Bu səbəbdən pley-off üçün tələb olunan qalan altı xalı “Qarabağ”ın qarşıdakı səfər matçlarında əldə etmək gücündə olduğunu düşünmək mümkündür.

Bakıda da bu ayın sonu Fransa “Lion”u, gələn yanvarda isə Rumıniyanın indi FCSB kimi tanınan “Steaua” klubu ilə oyunlar var.

Azərbaycan çempionu və növbəti rəqiblərinin UEFA Avropa Liqasındakı hazırkı mövqelərinə gəlincə, FCSB 8-ci, “Lion” 9-cu, “Olimpiakos” 11-ci, “Elfsborq” 24-cü və “Qarabağ” 29-cu yerdədir.

Rasim
İdman.biz

Seçilən
5
1
idman.biz

2Mənbələr