Rusiyada maraqlı qərar qəbul olunub. Xabarovsk vilayətinin regional hökumətin mətbuat xidmətinin yaydığı məlumata görə, Xabarovsk diyarında tələbələrə uşaq dünyaya gətidikləri üçün 100 min rubl ödəniləcək.
Qeyd olunur ki, rayon deputatları bu təşəbbüsü dəstəkləyiblər. Ödəniş 18-23 yaş arası uşaq dünyaya gətirən qızlara şamil olunacaq. Onlar həmçinin peşə və ya ali təhsil təşkilatlarında əyani təhsil almalıdırlar.
Mətbuat xidmətinin məlumatına görə, 2025-ci ildə bu ideyanın maliyyələşdirilməsinə 40 milyon rubl ayrılması təklif edilir.
Hökumət vurğulayıb ki, Xabarovsk diyarında 2024-cü ilin yanvar-avqust aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 309 az uşaq doğulub.
Tural