AZ

Mareska Ermənistan klubu üzərində tarixi qələbəni şərh etdi

“Çelsi”nin baş məşqçisi Entso Mareska Avropa Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turunda “Noa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə nəhəngi Ermənistan klubu ilə oyunda tarixi qələbəyə imza atıb.

Belə ki, “zadəganlar” “Stemford Bric”də qəbul etdikləri Ermənistan təmsilçisini 8:0 hesabı ilə “rahatlayıblar. Bu, Avropa Konfrans Liqasının tarixinə ən böyükhesablı qələbə olaraq düşüb.

Mareska matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu, mürəkkəb oyundur, çünki hamı bizdən qələbə gözləyirdi, amma biz peşəkarlıq nümayiş etdirməli idik. Futbolçular nə qədər ciddi olduqlarını göstərdilər. Mən çox təsirlənmişəm.

Bizim yaxşı oyunçularımız var və onların hamısı oyun vaxtına layiqdirlər. Mənəvi cəhətdən hazır deyilsənsə, futbol gözlənilməzliklərlə doludur. Biz düzgün istiqamətdə irəliləyirik”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, bu qələbə “Çelsi” tarixinin ikinci ən böyükhesablı qələbəsi olaraq əlamətdardır. Buna qədər “Çelsi” 1971-ci ildə Lüksemburq təmsilçisi “Jeness Oşaraj” üzərində 13:0 hesablı qələbə qazanaraq, klub tarixinin ən böyükhesablı qələbəsini rəsmiləşdirib.

3 turdan sonra 9 xal toplamış “Çelsi” Konfrans Liqasının yarış cədvəlinə başçılıq edir. “Noa” isə 3 xalla 28-ci pillədə qərarlaşıb.

Seçilən
39
arena.az

1Mənbələr