Qvatemala Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Benedikto Lukas Qarsiyanı soyqırım və insanlığa qarşı cinayətlərə görə 3000 ilə yaxın müddətə həbs etmək istəyirlər.
Oxu24.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, 92 yaşlı kişi 1978-1982-ci illərdə yerli əhalinin təmizlənməsində iştirakda ittiham olunur. Həmin hadisə zamanı 1200-dən çox insan ölüb.
Materialda prokurora istinadən vurğulanır ki, işdə iştirak edən şəxs Mayya İxil etnik qrupunu məhv etmək istəyib. Vətəndaş müharibəsi zamanı Qvatemala silahlı qüvvələri bu qrupun üzvlərini “daxili düşmən” hesab edirdi.
Qarsiya hazırda 58 illik həbs cəzasını çəkir. 2018-ci ildə ölkə ordusunun keçmiş Baş Qərargah rəisi gənc oğlanı oğurlamaqda və onun bacısına işgəncə verməkdə təqsirli bilinib.
Qvatemala prokurorları Qarsianın 2860 il müddətinə həbs olunmasını tələb ediblər.
Nigar