AZ

Taksi qiymətlərini onlar artırır – Yuxarı hədd nə qədərdir?

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda taksi qiymətlərinin artması dövlət tərəfindən atılan addım deyil.

O qeyd edib ki, bu, bəzi özəl şirkətlərin tətbiq etdiyi tariflə əlaqədardır: “Yüksək qiymətləri şirkətlər tətbiq edir. Bu məsələ onların öz ixtiyarında olduğu üçün heç kim irad tuta bilməz. Taksi qiymətlərində nə baş verdiyini tam anlaya bilmirik. Sürücülər deyir ki, qiymət çox ucuzdur. Əgər qiymət ucuzdursa, onda sərnişinlər niyə etiraz edir? Ümumilikdə, hesab edirəm ki, qiymətlərin aşağı və yuxarı həddi olmalıdır. Aşağı həddi müəyyənləşdirilib - 2 manat 50 qəpik. Yuxarı hədd də müəyyənləşdirilməlidir və ya hər kilometrə görə qiymət təyin edilməlidir, bunula bağlı bəzi bölgülər aparılmalıdır. Günün pik saatlarında, gecə və gündüz tarifləri, bayram günləri, yağışlı, qarlı havada qiymətlərlə bağlı tədbirlər görülməlidir. Taksi şirkətlərini özbaşına buraxanda istəyən vaxtı qiyməti endirir, ya da qaldırır. Bu da sürücü və sərnişinlər arasında narazılıq yaradır”.

(Tns)

Seçilən
20
avtosfer.az

1Mənbələr