AZ

Rud van Nistelroy PAOK üzərində qələbəni şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi Rud van Nistelroy Avropa Liqasında PAOK-a (Yunanıstan) qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, “qırmızı şeytanlar” Avroliqanın Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Old Trafford”da qəbul etdikləri Yunanıstan təmsilçisini 2:0 hesabı ilə məğlub ediblər.

“Mən qətiyyən əsəbi deyildim. Futbolçuların necə müdafiə olunduqlarını gördüm. Gördüm ki, biz vəziyyətə nəzarət edirik, belə deyək. Futbolçular da Avropa Liqasında “Old Trafford”da qalib gəlməyə həvəsli idilər. Çünki bir il keçmişdi – hər şey dəyişməli idi”, – UEFA-nın rəsmi saytı niderlandlı mütəəssisdən sitat gətirir.

Xatırladaq ki, bu oyun Rud van Nistelroyun rəhbərliyi altında “qırmızı şeytanlar”ın Avropa Liqasında ilk oyunu idi. Buna qədər “Mançester Yunayted” niderlandlı mütəxəssis Erik ten Haqın rəhbərliyi altında Avropa Liqasında 3 oyun keçirmiş, hər üç oyunda heç-heçə oynamışdı. Erik ten Haq komandanın uğursuz nəticələrinə görə istefaya göndərildikdən sonra, niderlandlı mütəxəssisin köməkçisi Rud van Nistelroy “qırmızı şeytanlar”ın sükanı arxasında məşqçi səlahiyyətlərini müvəqqəti icra edir. “Mançester Yunayted” Van Nistelroyun rəhbərliyi altında 3 oyuna çıxıb, 2 qələbə qazanıb, 1 heç-heçə edib.

4 turdan sonra 6 xal toplamış “Mançester Yunayted” Avropa Liqasının Liqa mərhələsinin yarış cədvəlində 15-ci pillədə qərarlaşıb. PAOK isə 1 xalla 33-cü sıradadır.

Seçilən
11
arena.az

1Mənbələr