AZ

Sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb? - "Bu məlumatı yaymaqla..." + AÇIQLAMA

Sosial şəbəkələrdə vətəndaşlara xəbərdarlıq edən paylaşımlar yayılıb. İddia olunub ki, bəzi şəxslər peyvəndə görə zəng edərək dələduzluğa yol verirlər. Onlar vətəndaşlardan “peyvənd olunmusunuzsa, “1” düyməsinə basın” deyir, ardınca telefon bloka düşür və məlumatlar oğurlanır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən texnobloger Fərid Pərdəşünas deyib ki, sözügedən məlumat həqiqəti əks etdirmir:

 

“Hazırda belə bir hücum növü yoxdur və texniki cəhətdən zəng vasitəsilə smartfona müdaxilə olunmur. Bu məlumatı yaymaq vətəndaşlarda panika və şübhə yaratmaq, bank hesablarında olan vəsaitləri tez bir zamanda nağdlaşdırmağa sövq etmək məqsədini güdür”.

 

Texnobloger vətəndaşlara da müraciət edib:

 

“Vətəndaşlardan yalnız rəsmi və sahənin mütəxəssisləri tərəfindən yayılan xəbərdarlıqlara diqqət etmələrini xahiş edirik!”.

 

Günay

Sfera.az

 

Seçilən
20
6
sfera.az

7Mənbələr