Nizami Kino Mərkəzində “Atamın kölgəsində” qısametrajlı bədii filminin təqdimatı keçirilib. Qarabağ şəhidlərinin əziz xatirəsinə ithaf olunmuş ekran işi Azərbaycan Televiziyasının “Xüsusi layihələr” studiyası tərəfindən hazırlanıb.
Təqdimatda sənət adamları, ictimai nümayəndələr, şəhid ailələri iştirak ediblər.
Çıxış edənlər, 44 günlük Vətən müharibəsində canlarından keçən şəhid övladlarının ailələrində yaşanan bu kədərli hadisənin ekranlara daşınmasının necə böyük bir məsuliyyət olduğunu dilə gətiriblər.
Qeyd edək ki film, II Qarabağ savaşında atasını itirən bir oğlanın həyatından bəhs edir. Şəhid ailələrində yaşanan ağrı və acıların bir qismi də filmdə öz əksini tapıb.
Filmin layihə rəhbəri Həmid Həsənzadə, quruluşçu rejissoru Fərid Əhmədova, ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşin Rzayev, rejissoru Orxan Cahangir, prodüseri Nicat Həsənli, icraçı prodüsseriprodüseri Oruc Pirəliyev, səs rejissoru Murad Bayramovdur.
Filmdə əsas rolları Zahid Əhmədov, Qurban Əhmədov və Lalə Süleymanova canlandırıblar.