Bakı.Trend:
Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev, Birinci xanım MehribanƏliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfərparkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı buradaAzərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra parkdakıZəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-dəimzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsindəgöstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixiZəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayişetdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsiməqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfərmuzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra VətənMüharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələrihazırlandı və tikinti işlərinə başlanıldı.
Ötən il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev vəbirinci xanım Mehriban Əliyeva inşası davam etdirilən Zəfərparkında görülən işlərlə tanış olublar. Bu il iyulun 24-də isəPrezident İlham Əliyev yenidən Zəfər parkında olub və buradaaparılan tikinti işlərinin gedişi ilə yaxından maraqlanıb.
Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkınınərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətənmüharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr,sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorialabidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssümetdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxışvə bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu,Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər vəzabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədiləparkın ərazisində Zəfər muzeyi də yaradılır. Qurulmaqda olan Zəfərmuzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. MuzeydəVətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, buradatoplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunmasıuğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini,xalqımızın əzmini nümayiş etdirəcək.
Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə,Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb.Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkınsonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
Trend Zəfər Parkındangörüntüləri təqdim edir: