AZ

44 günün təntənəsi: “Hərbi əməliyyatlar dayandırılandan sonra…”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini tarixi qələbə ilə yekunlaşdırdı.

Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənədidir. Məz üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu.

"Azərbaycan 44 günlük müharibədə qalib gəldi. Düşmənin qüvvələrimi məhv, darmadağın etdi. Təkcə Ermənistanın yox, onun arxasında dayananların da üzərində Azərbaycan qalib gəldi. 

Məcbur oldular ki, Azərbaycana müraciət etsinlər, hansısa bir atəşkəs sənədi, hərbi əməliyyatların dayandırılması ilə bağlı sənəd imzalasınlar".

Bu fikirləri "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, artıq o sənədin imzalanmasından 4 il keçir:

"Ermənistanın məğlubiyyəti və Azərbaycanın qələbəsini təsbit etdi. Ona görə də çox önəmli bir sənəddir. Bundan sonra da o sənədin məzmunu, imzalandığı tarixi şəraitlə bağlı  onillərlə fikirlər səsləndiriləcək. İndi də o müzakirə obyektidir.

Ermənilərin xislətinə uyğun olaraq Ermənistan rəhbərliyi o sazişdən kənara çəkilməyə çalışır. Bəzi maddələrini artıq yerinə yetirmək istəmir. Ancaq yerinə yetirməyə məcburdur. Ermənistan o sənədi imzalayıb və məcburdur ki, həmin sənədə uyğun hərəkət etsin.

Ondan sonrakı hadisələr isə yenə də sənəddə qəbul olunmuş bəndlərə uyğun olaraq həyata keçirildi. Eyni zamanda Azərbaycan 2023-cü il sentyabr ayının 19-da yenə də həmin sənədə istinad edərək bir sıra ərazilərdə, Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və digər ərazilərdə rifahı bərpa etdi.

Deməli o sənəd həm həmin dövrdə hərbi əməliyyatların dayandırılması baxımından yanaşılmalıdır, eyni zamanda Azərbaycanla Ermənistan arasında münasibətlərin müharibədən sonra normallaşması istiqamətində istinad olunmalı olan bir sənəd kimi baxılmalıdır. Bugünkü gündə də həmin sənədə istinad edərək Azərbaycan prosesləri davam etdirir".

Seçilən
26
cebheinfo.az

1Mənbələr