AZ

Mourinyo cəzalandırıldı

style='margin-bottom:10px;'>

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

QOL.az xəbər verir ki, bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb. 

Portuqaliyalı mütəxəssisin cəzalandırılmasına səbəb onun Superliqanın 11-ci turunda "Trabzonspor"la matçdan sonra azarkeşlərə jestlər etməsi və hakimlərlə əlaqədar sərt ifadələr səsləndirməsidir. 

TFF-nin İntizam Komitəsi məşqçini 1 oyunluq diskvalifikasiya edib. 

Həmçinin Mourinyo 958 min türk lirəsi məbləğində cərimələnib.

Qeyd edək ki, bu oyunda İstanbul təmsilçisi 3:2 hesablı qələbə qazanıb. 

Seçilən
11
2
teleqraf.com

3Mənbələr