Tezliklə "Real Madrid" assambleyasının toplantısı keçiriləcək, burada bir sıra mühüm məsələlər, o cümlədən qarşıdan gələn prezident seçkiləri müzakirə olunacaq.
Fanat.Az "Sport"-a istinadən xəbər verir ki, hazırkı prezident Florentino Peres yenidən namizədliyini irəli sürəcək.
Beləliklə, 77 yaşlı funksioner 8-ci dəfə prezidentliyə namizəd olacaq.
Klubun toplantısında gündəmdə olan məsələlərdən biri də maliyyə məsələlərinin müzakirəsidir. "Kral klubu" ötən mövsüm bir milyard avrodan çox gəlir əldə edib. Bu rəqəm ötən illə müqayisədə 230 milyon və ya 27 faiz çoxdur.
Mirağa