AZ

Füzulidə Həmidov Elşən Məzahir oğlunun xatirəsinə həsr olunmuş “Zəfər Günü” tədbiri keçirilib - Vətən Naminə

">

Tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəmanlardan biri olan Həmidov Elşən Məzahir oğlunun şərəfli döyüş yolu və fədakarlığı yad edilib.

Elşən Həmidov 28 avqust 1984-cü ildə Əhmədalılar kəndində dünyaya göz açmış, B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəbində təhsil almışdır. 2000-2019-cu illər ərzində ANAMA-da sürücü kimi çalışmış, 2019-cu ildən isə “N”-saylı hərbi hissədə xidmətə başlamışdır. Vətən Müharibəsinin ilk günlərindən döyüşə qatılan Elşən Həmidov 08 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif edilərək xatirəsi əbədiləşdirilib.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid anaları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AZQMƏVŞAİB) Füzuli rayon filialının üzvləri, həmçinin Elşən Həmidovun oxuduğu məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Anım mərasimində çıxış edənlər, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın cəsarəti və fədakarlığını xatırladaraq, onların Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər Vətənin əbədi qürurudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
114
10
vetennamine.az

10Mənbələr