AZ

Trampın ailəsi Ağ Evə köçməyəcək?

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp, qızı İvanka Tramp və kürəkəni Cared Kuşner Ağ Evə köçməyəcək.

“İki sahil” xəbər verir ki, bu iddia ilə “People” jurnalı çıxış edib.

Nəşrin yazdığına görə, Tramp ailəsinə yaxın olan adı açıqlanmayan mənbələr Melaniyanın Ağ Evə köçmək istəmədiyini iddia edib.

Mənbələr onun Trampın Nyu-Yorkdakı evində və ya Floridadakı Mar-a-Laqo malikanəsində yaşayacağını qeyd edərək, Melaniya Trampın siyasətdən nifrət etdiyi üçün uzaq qalacağını, lakin Ağ Evdəki iştirak etməsi lazımdır proqramlara qatılacağını bildirib.

Trampın qızı və kürəkəninin də Ağ Evə köçməyəcəyi iddia edilib

“PageSix” saytının məlumatına görə, adı açıqlanmayan mənbələr Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin Ağ Evə köçməyəcəyini iddia edib.

Mənbələr cütlüyün Mayamidə yaşadıqlarını və siyasətə qayıtmağı planlaşdırmadıqlarını bildirsələr də, Kuşnerin “lazım gələrsə” prezident Trampın yeni administrasiyasının keçid komandasına məsləhət verə biləcəyini qeyd ediblər.

İvanka Tramp və əri Cared Kuşner Donald Trampın 2016-cı il seçki kampaniyasını dəstəkləyib və o Ağ Evdə olarkən baş məsləhətçi vəzifəsində çalışıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
10
3
ikisahil.az

4Mənbələr