İsrail polisi tərəfindən Şərqi Qüdsdə Fransa ərazisi olan Pater Noster kilsəsində saxlanılan və sonra sərbəst buraxılan iki nəfərin Fransa Konsulluğunun əməkdaşları olduğu açıqlanıb.Bu barədə Fransa Xarici İşlər Naziri Jan-Noel Barrot X hesabında etdiyi paylaşımda bildirib.Barrot qeyd edib ki, Fransa Konsulluğunun 2 əməkdaşı saxlanılıb və daha sonra sərbəst buraxılıb.İsrail mətbuatında çıxan xəbərlərə görə, Barrotun noyabrın 7-də Şərqi Qüdsdəki Pater Noster kilsəsini (Eleona) ziyarət etməzdən əvvəl İsrail polisi ilə fransız jandarmları arasında gərginlik yaşanıb.Fransız jandarmları İsrail polisinin Fransa ərazisi statusuna malik Pater Noster kilsəsinə daxil olmasını istəməyib.İsrail polisi iki fransız jandarmasını saxlayıb və polis maşını ilə ərazidən uzaqlaşdırıb.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta