AZ

“Dinlər və ekoetika” kitabı işıq üzü görüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, tarix elmləri doktoru, professor şeyxülislam Allahşükür Paşazadənin və Dünya Fətva Evləri Təşkilatları Baş Katibliyinin Baş katibi, Misir Ərəb Respublikasının Baş Müftisinin müşaviri İbrahim Nəcmin həmmüəllifliyi ilə “Dinlər və ekoetika” kitabı işıq üzü görüb. SİA xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin “Ön sözü” ilə başlayan kitabın redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Katibliyinin rəhbəri Rəhimə Dadaşova, koordinatoru isə Misir Ərəb Respublikası Dünya Fətva Evləri və Təşkilatları Baş Katibinin Xarici Əlaqələr üzrə müşaviri, Dünya Azərbaycanlıları Alimlər Birliyinin həmsədri Seymur Nəsirovdur.

Kitabın “Ətraf mühitin müqəddəsliyi: Mənəvi harmoniyadan təbiətlə harmoniyaya” başlıqlı girişində son dövrlər bəşəriyyətin görülməmiş dərəcədə ciddi ekoloji problemlərlə üz-üzə qaldığı vurğulanıb. Bildirilib ki, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi, təcili həll tələb edən vəzifələr qoyur.

İki dildə çap olunan kitab “Ekologiyaya dair mənəvi postulatlar”, “İslamda ətraf mühitin müqəddəsliyi. İslam dininin ətraf mühitə dair baxışları”, “Xristianlıqda ətraf mühitin müqəddəsliyi”, “Yəhudilikdə ətraf mühitin müqəddəsliyi”, “Şərq dinlərinin ətraf mühitə dair baxışları”, “Ətraf mühitin mühafizəsində dini, ənənəvi dəyərlərin praktiki rolu”, “Ekoloji terror”, “Texnologiya və innovasiyaların ekoloji problemlərin həllinə töhfəsi. Qadınların rolu”, “İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı dayanıqlılıq: İman əsaslı fəaliyyət planı”, “Azərbaycan: strateji vizyon və qlobal iqlim dəyişmələri probleminin həllinə bəşəri töhfələr” mövzusunda 10 fəsildən ibarətdir.

“Ekoloji terror” fəslində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında işğal dövründə törədilmiş ekosid, urbisid və kultursidin nəticələri beynəlxalq oxucu kütləsinin diqqətinə çatdırılır.

Seçilən
20
sia.az

1Mənbələr