AZ

Gənc boksçu məşq zamanı öldü

Rusiyalı boksçu Georgi Oqolixin noyabrın 6-da Çelyabinskdə məşq zamanı huşunu itirib və ölüb.

Lent.az xəbər verir ki, 22 yaşlı idmançıya həkimlər tərəfindən yarışa icazə verilib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Qeyd olunur ki, boksçunun məşqçisi Vladimir Roşşenko vəziyyət aydınlaşana qədər peşəkar fəaliyyətdən uzaqlaşdırılıb. Oqolixinin ailəsinə ilkin tibbi yardım və psixoloji dəstək göstəriləcək.

İdmançının tələbəsi olduğu Maqnitoqorsk boks məktəbi mərhumun ailəsinə başsağlığı verib.

 

Seçilən
19
medianews.az

1Mənbələr