ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Moskvaya deyil, Kiyevə təzyiq göstərəcək.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Guardian" nəşrində məqaləsi dərc olunmuş köşə yazarı Qarton Eş bildirib.
Onun fikrincə, belə bir nəticənin olma ehtimalı 90-95 faiz təşkil edir:
"Hazırda Amerika liderinin həqiqətən də fəaliyyət üçün bir neçə variantı var. Bununla belə, Trampın bəzi üsullara əl atacağı ehtimalı çox azdır. Məsələn, Ukraynaya hərbi dəstəyi gücləndirmək. Bunun baş vermə ehtimalı 5-10 faizdir”.