AZ

Tramp kürəkəninə vəzifə verməyəcək - FT

ABŞ prezident seçkilərində qalib gələn Donald Trampın kürəkəni və keçmiş müşaviri Cared Kuşner yeni administrasiyada Ağ Evə qayıtmağı planlaşdırmır. Lakin o, Yaxın Şərq siyasəti ilə bağlı məsələlərdə məsləhət verə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" öz mənbələrinə istinadən məlumat yayıb.

"Cared Kuşner yeni administrasiyada Ağ Evə qayıtmayacaq, lakin Yaxın Şərq siyasəti ilə bağlı məsləhətlər verə bilər", deyə nəşr qeyd edir.

Kuşner 2017-2021-ci illərdə ABŞ prezidentinin baş müşaviri vəzifəsində çalışıb, xüsusən də ABŞ-ın İsraillə münasibətlərinə nəzarət edib, Fələstin-İsrail münaqişəsinin həlli üçün "Əsrin müqaviləsi"nin hazırlanmasına rəhbərlik edib. 

Aydın

Seçilən
4
qaynarinfo.az

1Mənbələr