AZ

Lempard İngiltərə klubunu çalışdıra bilər

Londonun "Çelsi" klubunun keçmiş futbolçusu və baş məşqçisi Frenk Lempardin növbəti iş yeri Çempionşip ola bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb. 

Mənbənin məlumatına görə, "Çelsi"nin əfsanəsi "Koventri Siti"nin maraq dairəsindədir. Bir qədər əvvəl Mark Robins sözügedən komandanın baş məşqçi postunu tərk edib. Klubun əsas namizədi məhz Lemparddır.

"Koventri Siti" 14 turdan sonra Çempionşipdə turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komandanın 15 xalı var. 

Xatırladaq ki, Lempard “Çelsi”dən başqa, “Derbi Kaunti” və “Everton”da da çalışıb.

Mirağa

Seçilən
3
fanat.az

1Mənbələr