AZ

Rusiya Hindistana gübrə ixracını artırmağı planlaşdırır

Fins.az - Rusiya prezidenti Vladimir Putin, «Valday» müzakirə klubunun plenar iclasında Hindistana gübrə ixracatının hazırkı səviyyələrdən artırılacağını açıqlayıb.

Putin, Hindistanın kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrə ehtiyacını artırdığına diqqət çəkərək, Rusiya olaraq bu ehtiyacı qarşılamağa hazır olduqlarını bildirib. Həmçinin, Rusiya ilə Hindistan arasındakı iqtisadi və energetika sahələrində əlaqələrin sürətlə inkişaf etdiyi vurğulanıb. Prezident Putin, Rusiyanın Hindistanda atom elektrik stansiyası tikintisində də iştirak etdiyini qeyd edib.

Seçilən
8
fins.az

1Mənbələr