AZ

Luis Enrike PSJ-nin hücum imkanını tənqid edənləri sərt cavabladı

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa nəhənginin hücum xəttində fəsadlar olduğunu iddia edən jurnalistin sualını sərt cavablayıb.

Arena.az “Ekip” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Əgər bir hücumçunuz varsa, onu mənə gətirin! Bu hücumçunu mən haradan alım? Mən öz fikirlərimə sadiq qalıram. Mənim uğursuz olacağım gün bu, jurnalistlərin və ya başqa məşqçinin fikirləri ilə deyil, mənim fikirlərimlə bağlı olacaq. Bütün nəticələrə görə məsuliyyəti məhz mən daşıyıram”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, PSJ Çempionlar Liqasının son 3 oyununda 2 dəfə məğlub olub, 1 oyunda isə heç-heçə oynayıb. Fransa nəhəngi “Arsenal” (0:2), PSV (1:1) və Madrid “Atletiko”sunun (1:2) öhdəsindən gələ bilməyib. Belə mənzərədə PSJ-nin Çempionlar Liqasındn kənarda qala biləcəyi ehtimalı artıb.

Seçilən
16
arena.az

1Mənbələr