AZ

Rusiyanın kəhrəba kombinatı Azərbaycanda ticarət platforması açmağı planlaşdırır

Rusiyada mağazalar şəbəkəsinə malik olan Kalininqrad kəhrəba kombinatı (“Rostex” qrupuna daxildir) Azərbaycanda ticarət platforması açmağı planlaşdırır.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.

“Honq-Konq və Azərbaycanda ticarət platformalarının açılması ilə bağlı danışıqlar aparılır”, - məlumatda bildirilir.

Hazırda kombinatın ticarət şəbəkəsi Kalininqrad vilayəti, Moskva və Sankt-Peterburqda yerləşən doqquz mağazadan ibarətdir. Zavod ilk mağazasını Çində açıb.

Qeyd edək ki, 2024-cü ildə 627 ton mineral hasil edilib. Kombinat ildə 150 ​​minə yaxın məhsul istehsal edir. Bu, dünyada xam kəhrəbanın sənaye üsulu ilə çıxarıldığı və ondan zərgərlik və suvenir məhsullarının istehsal olunduğu yeganə müəssisədir.

Seçilən
14
musavat.com

1Mənbələr