"İsrail futbol klubunun azarkeşləri şəhərin küçələrində asılan Fələstin bayraqlarını çıxarıb və təhqir edib..."
Noyabrın 7-də Amsterdamda Avropa Liqası futbol oyunları çərçivəsində yerli "Ayaks" komandası ilə İsrailin "Makkabi Təl-Əviv" klubu arasında futbol oyunu keçirilib. Oyundan öncə İsrail klubunun azarkeşləri küçələrdə asılan Fələsin baryaqlarını çıxarıb və təhqir edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, oyundan sonra onlarla müsəlman azarkeşlər stadionun yerləşdiyi yerdən bir neçə metr aralıda israillilərə hücum edib. Onların bəziləri israillilərin qaldıqları otellərə gəlib və pəncərələrdən fişənglər atıb.
Sosial şəbəkələrdə fələstinyönümlü fəalların israilləri döyməsi, onlardan bəzilərinin aradan çıxmağa macal tapması görünür. Bəziləri deyir ki, hücum edənlər onlara "Fələstinə azadlıq!" şüarı səsləndirməyə vadar edib.
İsrail KİV-ləri iddia edir ki, "müsəlman miqrantlar insanları küçədə saxlayaraq holland və ya ərəb dilində danışdıqlarını yoxlayıb. Əgər belələri turist olubsa, onların sənədlərini yoxlayıb, israilli olmadıqlarının sübutlarını tələb edib, imtina edildiyi halda onları döyüb".
Hücum nəticəsində ən azı on israilli zərər çəkib, beş nəfər xəstəxanaya yerləşdirilib. İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon Amsterdam küçələrində baş verənləri "talan" adlandırıb.
Amsterdam polisi məlumat verib ki, naməlum şəxslər binanın fasadından Fələstin bayrağını çıxarıb. Polisin deməsinə görə, şəhərin mərkəzində davalar barədə məlumatlar daxil olub. İğtişaşlar nəticəsində 60 nəfər saxlanılıb.
Baş nazir Binyamin Netanyahu İsrail vətəndaşlarının geri dönməsi üçün Niderlanda dərhal iki təyyarə göndərilməsinə sərəncam verib.
O, Niderland hakimiyyətindən İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün qətiyyətli tədbirlər görülməsini tələb edib.
İsrail XİN Amsterdamda olan israillilərə mehmanxanaları tərk etməməyə çağırış edib.