Bakı. Trend:
“AzerGold” QSC tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətiləDaşkəsən rayonunda qeydiyyatda olan Vətən müharibəsi şəhidlərininailələri və qazilər ziyarət edilib.
Ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrundaşəhid olanların ailələrinin və sağlamlığını itirmişvətəndaşlarımızın daim diqqətdə saxlanılması, onların rifah halınınyaxşılaşdırılması istiqamətində dövlətimizin yürütdüyü siyasətəəlavə töhfə verməkdir.
Zəfər Günü ərəfəsində təşkil edilən ziyarət zamanı şəhidailələri və qazilərə müxtəlif ərzaq məhsullarından ibarətbağlamalar təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət vəehtiramla yad edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət üzrəsiyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalarsosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteridaşımaqla, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyətigöstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı iləəhatələnməsinə xidmət edir.