AZ

BMT: "Qəzzada ölənlərin 70%-i qadın və uşaqlardır"

Qəzza zolağında həlak olanların demək olar ki, 70%-i qadın və uşaqlardır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cenevrədə dərc olunmuş hesabatında deyilir.

Məlumata görə, ölənlər siyahısına xüsusilə 14 yaşına çatmamış uşaqlar daxildir.

Hesabatda belə hücumların davam etməsinin mülki əhalinin itkisinə açıq-aşkar biganəlik nümayiş etdiyi vurğulanıb.

Qeyd edilib ki, təsdiqlənmiş ölüm hallarının təxminən 80%-i yaşayış binalarında qeydə alınıb.

 

Gözəl Həşimova

Seçilən
34
iqtisadiyyat.az

1Mənbələr