"Zirə"nin qolkiperi Tyaqo Silvanın Offsideplus.az-a müsahibəsi...

- "Araz-Naxçıvan"la təxirə salınan matçda məğlub oldunuz. Qələbə üçün nə çatmadı? 

-Hansısa matça məğlub olmaq əhval-ruhiyyəsində çıxmırıq. İlk hissədə yaxşı təşkilatlanmış oyun sərgilədik. Amma fasilədən sonra bir qədər zəif çıxış etdik. Əsas da ikinci hissənin əvvəlində rəqib təşəbbüsü ələ alaraq qol vurdu. Ondan sonra hesabı bərabərləşdirmək istəsək də, alınmadı. Bu məğlubiyyətdən dərs çıxarmalı və irəli baxmalıyıq. 

- Qarşıdan ağır "Qarabağ" səfəri gəlir. Son çempiona qarşı oynamaq çətin olmayacaq? 

- Hamıya hörmət edirik. Lakin bütün oyunlarda meydana qələbə üçün çıxırıq. Düşünürəm ki, "köhlən atlar"a qarşı ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Motivasiya ilə bağlı problemimiz olmayacaq. 

- Həmkarın Aydın Bayramovun çıxışı haqqda nə deyərdin? 

-Keyfiyyətli qapıçıdır. Dayanmadan üzərində çalışır. "Zirə"də kimin qapı xəttində yer alacağını əvvəlcədən heç kim bilmir. Çox yaxşı rəqabət var. Baş məşqçi kimə şans verirsə, o da maksimum gücünü sərgiləyir. 

- Öz oyunun barədə nə deyə bilərsən? Performansından razısan? 

- Bacardığım qədər üzərimdə çalışıram. Hər oyundan sonra daha yaxşı formaya sahib olmaq istəyirəm. Ötən mövsümlə müqayisədə daha yaxşı performansa sahib olmağı hədəfləyirəm.