Füzuli. Trend:
Füzuli şəhərində 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilətədbirlər planına əsasən, rəsm sərgisi nümayiş olunub.
Trend-in bölgəmüxbiri xəbər verir ki, Füzuli şəhər Mirzə Uıuqbəy adına məktəbdəaçılan sərgidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzində təhsilalan şagirdlərin əl işlərindən ibarət rəsmlər nümayişetdirilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan RespublikasıPrezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov və tədbiriştirakçıları tərəfindən sərgiyə baxış keçirilib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlıqüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavabolaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılanəks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsitəxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzünbərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı"Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında"sərəncama əsasən, 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.