ABŞ-ın Kaliforniya ştatında güclü külək səbəbindən nəzarət altına alına bilməyən meşə yanğını nəticəsində 132 bina xarabalığa çevrilib.Ventura rayonunda dünən başlayan və güclü külək səbəbindən nəzarət altına alına bilməyən meşə yanğınında 132 tikili dağılıb, 88 tikiliyə ciddi ziyan dəyib.Ventura dairəsinin şerifi Ceyms Frihof bildirib ki, yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib və ya həyati təhlükəsi olmayan xəsarətlər alıb.Kaliforniyanın cənubundakı bir neçə əyalətin səlahiyyətliləri sakinləri yanğınların yayılmasına, elektrik enerjisinin kəsilməsinə və yıxılan ağaclara görə sayıq olmağa çağırıb.Meşə yanğını dünəndən etibarən təxminən 83 kvadrat kilometr əraziyə yayıldıqdan sonra Kaliforniya qubernatoru Qavin Nyusom Venturada fövqəladə vəziyyət elan edib."Southern California Edison" şirkəti tərəfindən verilən açıqlamada artan risk səbəbiylə 5 rayonda təxminən 70 min müştərinin elektrik enerjisinin kəsildiyi bildirilib.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta