ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib ki, Müdafiə Nazirliyi (Pentaqon) seçilmiş prezident Donald Trampın yeni administrasiyasına nizamlı keçidi təmin etməyə və bütün qanuni əmrlərə əməl etməyə hazırdır.Ostinin hərbçilərə göndərdiyi sirkulyar ictimaiyyətə açıqlanıb.Yeni Tramp administrasiyasına sakit, nizamlı və peşəkar keçid olacağını qeyd edən Ostin sirkulyarda ABŞ ordusunun həmişə olduğu kimi növbəti baş komandanının siyasət üstünlüklərini həyata keçirməyə və mülki komandanlıq zəncirindən gələn bütün qanuni əmrlərə əməl etməyə hazır olacağını vurğulayıb.Ostin sirkulyarda həmçinin bəyan edib ki, ABŞ ordusu siyasi arenadan kənarda qalmağa davam edəcək, ölkəni prinsipial və peşəkarlıqla qoruyacaq, müttəfiqləri və tərəfdaşları ilə birgə hərəkət edəcək.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta