AZ

Qazaxıstan Suriya ilə bağlı növbəti görüşə ev sahibliyi edəcək

Noyabrın 11-12-də Qazaxıstanın paytaxtı Suriya üzrə Astana formatında növbəti görüşə ev sahibliyi edəcək. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Departamentdən verilən məlumata görə, iclasın ilk günündə nümayəndə heyətləri arasında ikitərəfli və üçtərəfli məsləhətləşmələr başlayacaq və növbəti gün davam edəcək.

"İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: Suriya ətrafında regional vəziyyətin inkişafı; hərtərəfli nizamlanma səyləri; Suriyada "yerdə" vəziyyət; etimadın möhkəmləndirilməsi tədbirləri, o cümlədən girovların azad edilməsi və itkin düşmüş şəxslərin axtarışı”, - nazirliyin bəyanatında qeyd olunub.

Qeyd edək ki, Suriyada silahlı münaqişə 2017-ci ildən davam edir, Astanada Astana formatı kimi tanınan danışıqlar aparılır. Suriya böhranının həlli prosesinin qarant ölkələri kimi iclasda Rusiya, İran, Türkiyə, həmçinin Suriya hökuməti və müxalifətinin, BMT-nin və müşahidəçi ölkələr - İordaniya, Livan və İraqın nümayəndələri iştirak edirlər.

Gülşən Şərif

Seçilən
20
bakivaxti.az

1Mənbələr