8 Noyabr Zəfər Günü münasibətilə Zəngilan rayonunun Ağalı kəndində bayram konserti keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bayram şənliyində Ağalı kəndinin sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.
Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.