AZ

Daha bir kikbokçumuz Dünya oyunlarına vəsiqə qazanıb

Azərbaycan milli komandası gələn il avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Dünya oyunlarında təmsilçi sayını artırıb.

İdman.biz xəbər verir ki, multiforuma vəsiqəni kikboksçu Amin Quliyev (63,5 kq) də qazanıb.

Afinada keçirilən Avropa çempionatında yarımfinala yüksəlməsi ona bu hüququ verib.

Azərbaycan millisi Dünya oyunlarında geniş heyətlə təmsil olunacaq. Təkcə gimnastikada idmançılarımız üç növdə çıxış edəcəklər. Tamblinq (Mixail Malkin), akrobatika (Ağasif Rəhimov - Raziyə Seyidli qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti, Riad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişi qrupu) və aerobikada ( Vladimir Dolmatov - Mədinə Mustafayeva qarışıq cütlüyü).

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) da Dünya oyunlarına vəsiqə qazanıb.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr