AZ

Bu gün bizə kərə yağı adı altında nə satılır..?

...Rusiyada, demək olar ki, ilin əvvəlindən bəri kərə yağının qiyməti 25 faizə qədər bahalaşıb. Verilən xəbərlərə görə, qiymət artımı süd tədarükü, logistika və qablaşdırma xərclərinin artması ilə izah olunur.

Təbii ki, rusların dərdi, necə deyərlər elə özlərinə qalsın, amma...

Amma gəlin görək, bu gün öz yerli marketlərimizdə "od qiymətinə satılan yüksək keyfiyyətli" kərə yağı tapmaq mümkündürmü?

İstehsalçıların etirafına görə, bütün məhsullarda yalnız pasterizə edilmiş krem ​​var. Bu yağ açılsa, cəmi on gün saxlanıla bilər. Ancaq dondurucuda daha uzun müddət qala bilər.

Yuxarıda dediklərini etiraf edən istehsalçılar amma nədənsə etiketdə həmişə həqiqəti yazmırlar.Belə ki, onlar pula qənaət etmək üçün tez-tez inək südünü ucuz bitki mənşəli südlə əvəz edirlər.

...Maraqlıdır, görən, təmiz kərə yağını necə seçmək olar?Gəlin, kərə yağı adıyla aldığınız nümunələri boşqablara qoyun və onları otaq temperaturunda üç saat saxlayın.

Bu müddət ərzində təbii yağ öz formasını itirməyəcək, lakin qarışıq yağ üzərində nəm damcılarımeydana çıxacaq.

Başqa bir nümunə.

Kərə yağı adıyla aldığınızyağı isti bir tavaya qoyun və yağdan nə qədər köpük çıxdığına baxın. Əgər köpük çox çıxırsa, deməli ona heyvan zülalı qatılıb.

Nazlı Almuradova

Seçilən
25
sia.az

1Mənbələr