Ürək-damarların bir nömrəli düşməni xolesterindir. Həkimlər damarları pis xolesterindən təmizləmək üçün dərmanlar yazır, dietalar təyin edir. Tibb iddia edir ki, xolesterin yağdır, damarları tıxayır. “Medicina” xəbər verir ki, məşhur rusiyalı həkim Şişonin xolesterin barədə öz fikilərini irəli sürüb. “Hər kəs bilməlidir ki, xolesterin sözü yunancadan “bərk öd” deməkdir. Bu həqiqətdir. Orda heç bir yağ yoxdur. Ümumiyyətlə yağa aiddiyatı yoxdur. Sizin damarlarınızın təmiz və ya tıxanmış olması qaraciyərinizdən asılıdır. Çünki ödü qaraciyər ifraz edir. Xolesterini də qaraciyər hasil edir. Xolesterinin əsas fabriki qaraciyərdir. Xolesterin hüceyrələrin yaranması, strukturu üçün vacibdir, hüceyrə membrane çox miqdarda xolesterindən ibarətdir. Ona görə də xolesterini günahlandırmaq və onu azaltmaq lazım deyil”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta